BAKI, 16 mart - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.
Sputnik Azərbaycan xəbər verir ki, bir çox məsələlərin müzakirə olunduğu telefon danışığı zamanı Ukrayna məsələsinə xüsusi diqqət ayrılıb.
Patruşev rəsmi Kiyevin kənardan göstəriş əsasında danışıqları ləngitmək cəhdlərinin yolverilməzliyi ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb. O, böhranın diplomatiya yolu ilə həllində sürətli irəliləyiş üçün ABŞ-ı Kiyevə təsir göstərməyə çağırıb.
Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü əsasında baş tutduğu bildirilir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.