BAKI, 16 mart — Sputnik. Ukraynada xüsusi əməliyyata başlamaq qərarı dünyada vəziyyətin son dərəcə dəqiq qiymətləndirilməsinə əsaslanıb, açıq-aşkar rusofobik Kiyev rejimi ilə mübarizədə ən kiçik ləngimə yaxın gələcəkdə böyük faciəyə çevriləcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin Direktoru Sergey Narışkin bildirib.
"Rusiya Prezidentinin Donbass əhalisinin mühafizəsi və ölkəmizin təhlükəsizliyinin qorunmasına yönəlmiş xüsusi hərbi əməliyyat keçirmək qərarı tarixi qanunauyğunluqların dərin təhlilinə və dünyadakı vəziyyətin son dərəcə dəqiq, real qiymətləndirilməsinə əsaslanıb. Rusiyanın başqa cür hərkət etmək üçün şansı sadəcə olaraq qalmadı. Aşkar rusofob, korrupsioner-oliqarxik Kiyev rejimi ilə bağlı ən kiçik ləngimə yaxın gələcəkdə böyük faciəyə çevriləcəkdi.", - Narışkin bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.