RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: "Sülh üçün həmişə şans var"

Qeyd edək ki, bu gün Moskvada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı hımkarı Sergey Lavrov arasında görüş başlayıb.
Sputnik
BAKI, 16 mart — Sputnik. "Moskva hesab edir ki, Ukrayna hakimiyyətinin ritorikasında müəyyən dəyişiklik ümidvericidir". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Ancaq Rusiyanı sıradan çıxarmaq üçün xaricdən qarşıdurma təşəbbüslərinin olması mümkündür. Mən artıq bu suala cavab vermişəm, çətin deyil: sülh üçün həmişə şans var. Ən azı bir diplomat kimi başqa hərəkətlərə haqqınız yoxdur - axtarmaq və istifadə etmək üçün həmişə şanslar var. ", - deyə Lavrov RBC telekanalına müsahibəsində bildirib.
"Baş verənlərin daha real qavranılması ilə bağlı ritorikada bəzi dəyişikliklər ümidvericidir. Baxmayaraq ki, bu konstruktiv görünən bəyanatlar dərhal qanunun qəbulu ilə müşayiət olunur ki, ruslarla əlaqədə olan hər kəsə 15 il həbs cəzası verilir. İstisna etmirəm ki, bizi mümkün qədər narahat etmək üçün xaricdən belə qarşıdurma təşəbbüsləri irəli sürülür, belə davranışlar əsl politologiya sənəti ilə əlaqəni tamamilə itirmiş insanlar tərəfindən aparılır", - Lavrov əlavə edib.
Qeyd edək ki, bu gün Moskvada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı hımkarı Sergey Lavrov arasında görüş başlayıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Avropa Şurasından çıxır - son təfərrüatlar