RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Ankara Ukrayna məsələsində konstruktiv yanaşma sərgiləyir

Moskva Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli formatda danışıqları davam etdirməyə hazırdır.
Sputnik
BAKI, 16 mart - Sputnik. "Rusiya və Türkiyə tez-tez görüşüb beynəlxalq məsələlər üzrə mövqelərini bir birinə təqdim etməlidirlər". Bu fikirləri Rusiya XİN başçısı Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Moskvada baş tutmuş görüşdən sonra səsləndirib.
Lavrovun sözlərinə görə, Ankara Ukrayna məsələsində konstruktiv yanaşma sərgiləyir və Rusiyaya qarşı sanksiyalara qoşulmur.
O bildirb ki, Rusiya Ermənistan və Türkiyə arasında ikitərəfli əlaqələrin normallaşmasını alqışlayır və öz tərəfindən Cənubi Qafqaz ölkələri arasındakı əməkdaşlığı dərinləşdirəcək birgə işlərə hazırdır.
Lavrov deyib ki, Çavuşoğlu ilə danışıqlar aparılarkən Putin və Zelenski görüşü müzakirə edilməyib: "Putin və Zelenskinin görüşü üçün heç bir maneə yoxdur, lakin bu görüş tərəflərin dəqiq razılaşmalarını əlaqələndirməlidir".
Eyni zamanda, Moskva Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli formatda danışıqları davam etdirməyə hazırdır.
"Cənubi Qafqazda “3+3” məsləhətçi regional platforması mexanizmi vasitəsilə münaqişədən sonrakı dövrdə qarşılıqlı fəaliyyət üçün bünövrə qoyulub, - Lavrov əlavə edib.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə görüşdən sonra bildirib ki, Ankara Belarusda gedən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir və onların müsbət nəticəyə gətirəcəyinə ümid edir.
Onun sözlərinə görə, Türkiyə ölkə vətəndaşlarının Ukraynadan təxliyəsinə köməyə görə Rusiya tərəfinə təşəkkürünü bildirib: "Tərəflər Mariupoldakı vəziyyətlə bağlı əlaqələri davam etdirirlər. Sergey Lavrovla danışıqlar zamanı Ukraynada humanitar vəziyyət və atəşkəs məsələsi ilə əlaqədar qərarlar qəbul olunub".
Çavuşoğlu qeyd edib ki, Türkiyə prezidentlər Putin və Zelenskinin görüşünü qəbul etməyə hazırdır.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin: "Müdafiə Nazirliyinin Ukraynadakı taktikası özünü tam doğruldub"