VİDEO

Birlik simvolu - Rusiya sərhədində İlaxır çərşənbə

Rusiya ilə Azərbaycan arasında sərhəd keçid məntəqəsində növbə gözləyən həmyerlilərimiz maraqlı bir iş görüblər.
Sputnik
Sonuncu çərşənbəni ailələri ilə keçirə bilməyən azərbaycanlılar bayramı sərhəddə keçirmək qərarına gəliblər. Bu barədə məlumatı Sputnik Azərbaycan-ın bölgə müxbirinə sərhəddə olan həmyerlimiz Qasımov Elgün Raquf oğlu verib.
Onun sözlərinə görə, 200-ə yaxın azərbaycanlı toplaşıb maraqlı çərşənbə qeyd ediblər:
"Azərbaycanın bir çox rayonlarında adətən İlaxır çərşənbə təmtəraqlı qeyd olunur. Bizlər də İlaxır çərşənbəni evimizdə-ailəmizlə keçirmək istəsək də, bəzi səbəblərdən qismət olmadı. Biz də düşünüb məsləhətləşdik ki, pul toplayıb çərşənbəni burda qeyd edək. İki yüzə yaxın azərbaycanlı pul toplayıb, ərzaq alıb çərcənbə qeyd etmək qərarına gəldik. Hava soyuq olmasına baxmayaraq bütün yeməkləri çöldə bişirdik. Tonqal qaladıq. Demək olar ki, bütün bayram adətlərini yerinə yetirdik və bunu birliyimizin simvolu kimi də qəbul etmək olar. Bir onu deyə bilərəm ki, bu çərşənbə çətin və maraqlı çərşənbə kimi ömrümüzün sonuna qədər xatirimizdən silinməyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.