CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabir Rüstəmxanlı: “Sanki burada Milli Məclis hökumətə hesabat verir”

Parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkillərindən biri etirazını bildiirb.
Sputnik
BAKI, 15 mart - Sputnik. “Milli Məclisdə bir neçə dəfə səsləndirilib ki, hökumətin hesabatının müzakirəsinə çox az vaxt (1 gün) verilir. Bununla da təklifləri çatdırmaq mümkün deyil. Yeganə yol burada çıxış etməkdir”.
Report-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, sanki burada hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir:
“Ona görə də mənə çıxış etmək üçün şərait yaradılsın”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, S.Rüstəmxanlı sırada 29-cu yazılıb:
“Vaxt olsa, sizə söz verəcəyəm”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclis hökumətin hesabatını qəbul edib