BAKI, 15 mart - Sputnik. Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Ukraynaya dair qətnamə layihəsi təqdim edəcək.
Bunu yerli mediaya Rusiya Federasiyasının BMT-dəki nümayəndəsi Dmitri Polyanski bildirib.
Diplomat qeyd edib ki, Fransa və Meksika da Ukraynaya dair qanun layihəsi hazırlayıb və razılaşdırıb. Rusiya isə öz layihəsini martın 16-da səsverməyə təqdim edəcək.
Xatırladaq ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev BMT-nin qərargahının neytral dövlətə köçürülməsi ideyasına müsbət yanaşdıqlarını deyib. O qeyd edib ki, belə bir addım dövrümüzün qlobal çağırışlarına kollektiv cavabların axtarışı kimi mürəkkəb prosesin üzərindən lazımsız gərginliyi götürməyə imkan verərdi. Bundan əlavə, Rusiyanın işi indikindən qat-qat az siyasiləşdirilərdi.
"Son zamanlar Birləşmiş Ştatlar birtərəfli siyasi mənfəət əldə etmək və digər ölkələrin missiyalarına təzyiq göstərmək üçün BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi mövqeyindən daha çox sui-istifadə edir. Bu cür hərəkətlər həmçinin 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında və 1963-cü il tarixli Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasında təsbit edilmiş əsas beynəlxalq hüquq normalarını pozur", - İliçev deyib.
O qeyd edib ki, bununla belə, Birləşmiş Millətlər Təşkilatı ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında BMT-nin Mərkəzi müəssisələrinin yerləşməsi haqqında 26 iyun 1947-ci il tarixli Sazişə uyğun olaraq, BMT-nin ofisinin (Nyu-York) yerdəyişməsi yalnız Təşkilatın qərarı ilə mümkündür.
Onun qəbulu üçün, xüsusən də belə bir addımın əhəmiyyətli maliyyə xərcləri nəzərə alınaraq, hamının və ya ən azı toplanması hazırda qeyri-real olan BMT-yə üzv dövlətlərin əksəriyyətinin razılığı lazımdır. 2014-cü ildə katiblik binasının, o cümlədən hazırda bütün müasir texniki standartlara cavab verən Baş Assambleya zalının əsaslı yenidən qurulmasının artıq başa çatdırılması sözügedən təşəbbüsü çətinləşdirir.
"Biz öz tərəfimizdən amerikalıların qeyri-konstruktiv siyasətinə fəal şəkildə qarşıyıq, bu məsələni müvafiq ixtisaslaşmış qurumların iclaslarında, xüsusən Baş Assambleyanın əsas komitələrində müntəzəm olaraq qaldırırıq. Yığılıb qalan problemlərin həlli üçün BMT Baş Katibindən daha israrlı addımlar tələb edirik. Biz bu məsələyə yüksək əhəmiyyət verməyə davam edəcəyik", - İliçev deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.