BAKI, 15 mart — Sputnik. Ukraynanın neytral statusu və onun NATO-ya üzv olmasının mümkünlüyünün istisna edilməsi praktiki olaraq əldə edilməlidir. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Xüsusilə vurğulamaq istəyirəm ki, 1990-cı ildə ümumxalq referendumunun qəbul etdiyi Ukraynanın dövlət suverenliyi haqqında bəyannamədə daimi neytral dövlət olmaq, hərbi bloklarda iştirak etməmək, nüvə silahını qəbul, istehsal və əldə etməmək istəyi təsbit edilib. 1996-cı il Ukrayna Konstitusiyası da müstəqilliyin elan edilməsi aktına istinad edir", - deyə Patruşev çərşənbə axşamı Qroznıda, Şimali Qafqazda milli təhlükəsizliyin təmin edilməsi üzrə iclasda qeyd edib.
"Ona görə də Ukraynanın NATO-ya üzv olma ehtimalını istisna edərək, faktiki olaraq neytral statusa nail olmaq lazımdır", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Nikolay Patruşevin sözlərinə görə, Kiyevin mart ayında "Donetsk və Luqansk xalq respublikalarının" ərazisinə, eləcə də Krıma basqın hazırlamasının sənədli sübutları Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı zamanı əldə edilib.
"Xüsusi hərbi əməliyyat zamanı Kiyevin bu ilin martında "DXR, LXR" və Rusiyanın Krım ərazilərinə işğala hazırlığına dair sənədli sübutlar əldə edilib", - deyə Patruşev iclasda bildirib.
Rusiyanın Müdafiə Nazirliyi martın 9-da Kiyevin Donbasda mart ayı üçün hazırladığı hücum əməliyyatını təsdiqləyən sənədi - Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanın 22 yanvar 2022-ci il il tarixli orijinal məxfi əmri dərc edib.
Martın 6-da "DXR" hakimiyyəti Ukraynanın demilitarizasiyası üzrə keçirilən xüsusi əməliyyat zamanı Ukrayna radikallarının qərargahında hərbçilərin və millətçilərin 2022-ci il martın 8-də Krım və Donbasa hücum etmək niyyətlərini göstərən sənədlərin tapıldığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.