RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ərdoğan: Çavuşoğlu əvvəl Moskvaya, sonra Kiyevə gedəcək

Türkiyə prezidenti: "Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna nazirlərinin görüşü bir nəticə verməsə də, diplomatiya üçün qapıların açılması baxlımından çox önəmli idi".
Sputnik
BAKI, 15 mart - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyayaya, cümə axşamı isə Ukraynaya səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlır Kabinetinin iclasından sonraki açıqlaması zamanı deyib.
O qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna nazirlərinin görüşü bir nəticə verməsə də, diplomatiya üçün qapıların açılması baxlımından çox önəmli idi.
Bu gün isə M.Çavuşoğlu xatırladıb ki, ötən gecə yarısı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ona zəng edib və danışıblar.
"Şərtlər tədricən formalaşır. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik", - deyə Çavuşoğlu Ukrayna böhranının çözülməsi istiqamətində səylərin nəticə verəcəyinə inamını ifadə edib.
"İki ölkə arasında atəşkəsin olması və aralarında olan məsələlərin həlli yaxınlaşmalar var. Bununla bağlı olaraq da təmaslarımızı fasiləsiz olaraq davam etdiririk" - deyə Çavuşoğlu bildirib.
RİA Novosti-nin məlumatına əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.