TƏHSİL

Doqquzuncu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb

I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə 2022-ci il fevralın 14-ü saat 11:00-dan yenidən start verilmişdi.
Sputnik
BAKI, 15 mart - Sputnik. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq, bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanıb.
Bu barədə Sputnik Azərbaycan Təhsil Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə 2022-ci il fevralın 14-ü saat 11:00-dan yenidən start verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verir