RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Çavuşoğlu: "Sergey Lavrovla danışdım, yaxşı xəbərlər gözləyirik"

KİV-də gedən məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Moskvaya səfər edəcək.
Sputnik
BAKI, 15 mart — Sputnik. Ukraynada olan Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Antalya Diplomatiya Forumunda Ukraynadakı mülki vətəndaşların təxliyəsi məsələsi geniş müzakirə olunub. Nazir söyləyib ki, bu ölkədəki Axıska türkləri, Krım tatarları və digər xalqların nümayəndələrini də təxliyə edirlər.
"Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Biz, əlbəttə, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Digər tərəfdən də mülki əhalinin ölkədən çıxması ilə bağlı müzakirələrimizi davam etdiririk", - o bildirib.
M.Çavuşoğlu xatırladıb ki, ötən gecə yarısı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ona zəng edib və danışıblar: "Şərtlər tədricən formalaşır. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik".
"İki ölkə arasında atəşkəsin olması və aralarında olan məsələlərin həlli yaxınlaşmalar var. Bununla bağlı olaraq da təmaslarımızı fasiləsiz olaraq davam etdiririk" - deyə Çavuşoğlu bildirib.
RİA Novosti-nin məlumatına əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.