BAKI, 15 mart — Sputnik. Dünya bazarında neftin qiymətlərinin düşmə tempi 7%-dən çox sürətlənib və sövdələşmə məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti martın 1-dən bəri ilk dəfə bir barel üçün 100 dollardan aşağı düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, Moskva vaxtı ilə saat 14:12-yə olan məlumata görə, “Brent” markalı neftin may füçerslərinin qiyməti 7,28% ucuzlaşaraq 99,08 dollar/barel təşkil edib. Bir barel üçün 100 dollardan aşağı göstərici martın 1-dən bəri ilk dəfə qeydə alınıb.
WTI markalı neftin aprel füçerslərinin qiyməti 7,78% ucuzlaşaraq 94,99 dollar/barelə bərabər olub.