RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya rəhbərliyinin bütün planları tam həcmdə həyata keçiriləcək - Peskov

Əfqanıstanda yüzlərlə insanın toylarda öldürüldüyü və yaşayış yerlərində insanların bombardmana məruz qaldığı hər kəsə bəllidir.
Sputnik
BAKI, 14 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Yuqoslaviya şəhərlərini sərt şəkildə bombalamasını xatırladaraq Rusiya Silahlı Qüvvələrinin Ukraynada demilitarizasiya üzrə xüsusi əməliyyat zamanı yüksək dəqiqlikli silahlardan istifadə edərək yalnız hərbi hədəfləri vurduğunu bildirib. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Peskov bildirib ki, bütün dünya ABŞ hakimiyyətinin öz məqsədlərinə çatmaq üçün dinc sakinlərin həyatına qarşı heç nəyə məhəl qoymadan, bəraət qazandırılması mümkün olmayan cinayətlərini bilir:
"Əfqanıstanda yüzlərlə insanın toylarda öldürüldüyü və yaşayış yerlərində insanların bombardmana məruz qaldığı hər kəsə bəllidir. ABŞ-ın 20 il boyunca davam edən cinayət əməlləri onun Əfqanıstandan biabırçı şəkildə qaçmasına mane olmadı".
Daha sonra Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələri müasir yüksək dəqiqlikli silahlarla işləyir, yalnız hərbi informasiya infrastrukturu obyektlərini vurur:

"Rusiya rəhbərliyinin bütün planları əvvəlcədən təsdiq edilmiş müddət ərzində tam həcmdə həyata keçiriləcək", - Peskov əlavə edib.

Lakin o, hərbi əməliyyatın müddəti ilə bağlı açıqlama verməkdən imtina edib.
Peskov onu da əlavə edib ki, Kreml qoşunların Ukrayna ərazisində irəliləməsinin sürətindən “Putinin məyus olması” ilə bağlı bəyanatları təxribat xarakterli hesab edir.
Onun sözlərinə görə, bu yolla Brüssel və Vaşinqton dinc əhalinin ölümünə görə Moskvanın üzərinə məsuliyyət qoymaq üçün onu böyük şəhərlərə hücum etməyə sövq edir:
“Əməliyyatın əvvəlində Rusiya prezidenti həqiqətən də Müdafiə Nazirliyinə Kiyev də daxil olmaqla iri yaşayış məntəqələrinə təcili hücumdan çəkinməyi tapşırmışdı. Belə ki, silahlı millətçi birləşmələr yaşayış məntəqələrində və əhalinin sıx məskunlaşdığı ərazilərdə atəş nöqtələrini təchiz etdiyi, ağır hərbi texnikanı orada yerləşdirdiyi üçün döyüşlər istər-istəməz dinc əhali arasında böyük itkilərə səbəb olacaq. Əməliyyat məhz bu şərait nəzərə alınmaqla planlaşdırılıb”.
Prezidentin mətbuat katibi həmçinin Rusiya Silahlı Qüvvələri əhalinin maksimum təhlükəsizliyini təmin etməklə, Ukraynada iri yaşayış məntəqələrinin tam nəzarət altına alınmasını istisna etməyib:
“Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə humanitar təxliyə üçün istifadə edilən zonalar istisna olmaqla, bu gün artıq mühasirəyə alınmış iri yaşayış məntəqələrinin tam nəzarətə götürülməsi imkanlarını istisna etmir".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Pyotr İliçev: Ukrayna üzrə Minsk razılaşmalarının bərpası mümkün olmayacaq