BAKI, 14 mart - Sputnik. Qərb ölkələri, BMT, ATƏT, BQXK Ukraynadakı açıq neonasizmə prinsipial qiymət verilməsindən kənarda qalır. RİA Novosti xəbər verir ki, bunu bazar ertəsi Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bir sıra digər beynəlxalq təşkilatlar Ukrayna üçün yaranmış fəlakətli humanitar vəziyyətdə hələ də kənarda qalır və prinsipial mövqe nümayiş etdirmirlər.
"Kiyev hakimiyyətini artıq narkomanlaşdıran və ukraynalı millətçilərin nəzarətində olan ərazilərdə hökmranlıq edən açıq neonasizmin qiymətləndirilməsi”, - deyə o bildirib.
Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələri müasir yüksək dəqiqlikli silahlarla işləyir, yalnız hərbi informasiya infrastrukturu obyektlərini vurur:
"Rusiya rəhbərliyinin bütün planları əvvəlcədən təsdiq edilmiş müddət ərzində tam həcmdə həyata keçiriləcək", - deyə Peskov əlavə edib.
Lakin o, hərbi əməliyyatın müddəti ilə bağlı açıqlama verməkdən imtina edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.