BAKI, 14 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə müşahidə olunan faktiki havanı açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, gözlənildiyi kimi martın ikinci ongünlüyündə əlverişsiz qeyri-sabit hava şəraiti müşahidə olunur. U.Tağıyeva açıqlamasında bildirib ki, Aralıq dənizi siklonları ilə bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən fasilələrlə keçməsi nəticəsində respublikanın bir sıra əksər rayonlarında yağıntılar müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır, düşən yağıntıların miqdarı bəzi ərazilərdə 29 mm-dir.
Qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır.
Xatırladaq ki, mart ayının 12-dən etibarən dağlıq bölgələrdə qar yağışı davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.