PAYTAXT XƏBƏRLƏRİ

"London taksi"si iki nəfəri vurub, ölən var

Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadaları vurub.
Sputnik
BAKI, 14 mart — Sputnik. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar -1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.
Hər iki piyada aldıqları xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məlumat üçün bildirək ki, ötən gün respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.