RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Tramp: "Ukrayna ətrafındakı vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər"

ABŞ-ın keçmiş prezidentinin fikrincə, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq.
Sputnik
BAKI, 13 mart - Sputnik. Ukrayna ətrafındakı vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər.
APA xəbər verr ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Onun fikrincə, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq.
“ABŞ-ın hazırkı administrasiyasında Rusiya rəhbərliyi, xüsusən də Prezident Vladimir Putinlə danışıq aparacaq heç kim yoxdur”,- deyə Donald Tramp bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Almaniya və Fransa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib