BAKI, 13 mart - Sputnik. Hazırda Rusiya-Ukrayna danışıqları getmir, onlar bazar ertəsinə planlaşdırılıb. RİA Novosti xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Daha əvvəl Reuters agentliyi Vladimir Zelenskinin müşavirinə istinadən xəbər vermişdi ki, hazırda Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar gedir.
"Xeyr. Danışıqlar sabaha planlaşdırılıb", - deyə Peskov Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların hazırda davam etdiyi barədə məlumatın doğru olub-olmadığı sualına cavab verib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Tərəflər arasında artıq üç raund danışıqlar keçirilib, lakin tutarlı nəticələr əldə edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.