Bazar günü, martın 13-də, Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı başa çatıb. Azərbaycan gimnastları arasında ən yaxşı nəticəni Ağasif Rəhimov və Raziyə cütlüyü göstərib. Onlar temp hərəkətində ikinci olublar.
Final mərhələsində cütlük 29,090 bal alıb. Bu növdə qızıl medalları belçikalı, gümüş medalları isə britaniyalı gimnastlar qazanıblar.
Bundan əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz də temp hərəkətində fərqlənib. Onlar bürünc medala sahib olublar.
Azərbaycan komandasının ümumilikdə yarışları üç medalla başa vurub. Ötən gün Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkətdə də üçüncü olub.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.