BAKI, 12 mart — Sputnik. Dünən gecədən yağan qar şimal bölgəsindəki insanlara əsl yaz sürprizi olub. Qar Quba , Qusar, Şabran və Xızı rayonlarına və kəndlərinə yağıb. Qarın yağması nəticəsində Quba-Xınalıq yolu bağlanıb. Amma yolun təmizlənməsi üzrə işlər davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyev məlumat verib. Onun sözlərinə görə, gecədən yolun təmizlənməsi üçün əlindən gələni edirlər. Bunun üçün ağır texnika cəlb olunub.
Quba-Xınalıq yolunun təmizlənməsi
© Sputnik / Leyla Abdullayeva
Qubanın kəndlərində qarın hündürlüyü 15-20 sm-ə çatır.
Quba ərazi hidrometerologiya müəssisəsindən verilən məlumata görə, ən çox qar Qubanın Xaltan kəndinə düşüb - 19 sm. Bahar qarı həmçinin şaxta ilə müşayiət edilir.
Qrız kəndində bu gün səhər 10 dərəcə şaxta qeydə alınıb ki, bu, respublika üçün ən yüksək rəqəmdir.