BAKI, 12 mart - Sputnik. Vaşinqton Moskvanın Ukraynada kimyəvi silahdan istifadə edə bilməsi barədə iddia irəli sürərkən növbəti dəfə Rusiyadan bədheybət düzəltmək cəhdi edib. Belə bir bəyanatla Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çıxış edib.
"Belə ittihamlar cəfəngiyyatdır. Amerikalı məmur həmişəki kimi əziyyət çəkərək bir sübut belə gətiməyib. Bu, ölkəmizi bədheybət kimi təqdim etmək üçün növbəti cəhddir", — deyə Antonov ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysın müvafiq bəyanatını şərh edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.