BAKI, 12 mart - Sputnik. Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqları davam etdirirlər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Danışıqlar videoformatda aparılır və nümayəndə heyətinə yenə də RF liderinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
“Hələlik biz təfərrüatlarla bağlı hər hansı şərh verməkdən çəkinirik”, deyə Peskov “İnterfaks”a bildirib.
Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz olaraq davam edir, xüsusi işçi alt qruplar yaradılıb. Bunu isə Ukrayna lideri Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.