BAKI, 12 mart - Sputnik. “YouTube” videohostinqi bəyan edib ki, Rusiya Federasiyasının Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyatla bağlı kontenti silir. Youtube-un qənaətinə görə, bu, qaydaları pozur. RİA Novosti xəbər verir ki, YouTube-un Twitter-də dərc olunmuş bəyanatına görə, bu qərarın səbəbi sənədləşdirilmiş “zorakılıq hadisələrinin əhəmiyyətini “azaltmağı” qadağan edən “rəhbər prinsiplər” olub.
Qeyd olunur ki, həmçinin Rusiya dövlət mediası ilə əlaqəli kanallara girişin dərhal bloklanır.
"Biz indi də bütün dünyada Rusiya dövlət mediası ilə əlaqəli YouTube kanallarına girişi əngəlləyirik", - deyə bəyanatda bildirilib və əlavə olunub ki, "dəyişiklik dərhal qüvvəyə minir".
Xatırladaq ki, YouTube video hostinqi Google-a məxsusdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.