RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna ilə danışıqlarda müsbət irəliləyişlər var - Putin

Eyni zamanda Rusiya prezidenti Belarus prezidentinə elektrik enrjisi ilə bağlı dəstəyinə görə təşəkkür edib.
Sputnik
BAKI, 11 mart — Sputnik. Bu gün Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir ki, Putin Ukrayna ilə aparılan danışıqların gedişi barədə məlumat verib.
O bildirib ki, Ukrayna rəsmiləri və Rusiya nümayəndələri arasında keçirilən son görüşlərdə müsbət irəliləyişlər əldə olunub:

"Bizim tərəfdən danışıqlarda iştirak edənlər bu barədə mütəmadi olaraq məlumat verirlər. Mən bununla bağlı da sizə danışacam".

Eyni zamanda Rusiya prezidenti Belarus prezidentinə elektrik enrjisi ilə bağlı dəstəyinə görə təşəkkür edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kreml Putin və Zelenskinin görüşünü istisna etmir