BAKI, 11 mart — Sputnik. İsrail Azərbaycana bir tondan çox tibbi ləvazimat göndərib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "Twitter" səhifəsində paylaşıb.
O paylaşımında Azərbaycanla olan əməkdaşlıqdan bəhs edib:
"Dünən biz 1 tondan çox tibbi ləvazimatı Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan müxtəlif xəstəxanalarına bağışladıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik".
Qeyd edək ki, bu İsraildən Azərbaycana göndərilən ilk belə yardım deyil. Bundan öncə də, 2020-ci ildə İsrail Azərbaycana humanitar yardımlar göstərərək pulsuz tibbi ləvazimatlar göndərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.