RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu Putinə məruzə etdi: Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiyaya müraciət edib

Müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının iclasında Rusiya Prezidenti Vladimir Putinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Rusiya Federasiyasının qərb sərhədlərinin möhkəmləndirilməsi üzrə hazırladığı planlar barədə məruzə edib.
Sputnik
BAKI, 11 mart — Sputnik. Qərb Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır, baxmayaraq ki, o, heç bir təhlükə altında deyil. Bu barədə Rusiyanın müdafiə naziri prezidentə bildirib.
Müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının iclasında Rusiya Prezidenti Vladimir Putinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Rusiya Federasiyasının qərb sərhədlərinin möhkəmləndirilməsi üzrə hazırladığı planlar barədə məruzə edib.
Onun sözlərinə görə, Baş Qərargah Rusiya Federasiyasının qərb sərhədləri yaxınlığında Qərbin öz qüvvələrini gücləndirmək üçün tədbirlərini nəzərdən keçirib. Baxmayaraq ki, onlar üçün hər hansı bir təhdid mövcud deyil, hər gün daha çox yeni bölmələr gəlir.
“Bununla belə, bizə elə gəlir ki, bu vəziyyətdən istifadə edərək onlar digər tərəfdəki sərhəd bölgəmizi maksimum güc və vasitələrlə doldurmaq və sözsüz ki, bunu uzun müddətə möhkəmləndirmək istəyirlər”, - deyə Şoyqu qeyd edib.
“Bunun əsasında Baş Qərargah qərb sərhədlərimizi, o cümlədən, yeni, müasir kompleksləri möhkəmləndirmək və qərb sərhədlərimizi qorumaq üçün döyüş hissələrini oraya köçürmək planını hazırlayır və faktiki olaraq tamamlayıb. Növbəti Təhlükəsizlik Şurasında və ya başqa formatda təkliflərimizi təsdiqlənməsi üçün sizə məruzə etməyə göstəriş verməyinizi xahiş edirik. Təşəkkür edirik!”, - deyə müdafiə naziri bildirib.
Vladimir Putin müdafiə naziri Sergey Şoyquya NATO-nun hərəkətləri ilə əlaqədar ölkənin qərb sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı ayrıca hesabat hazırlamağı tapşırıb.
"NATO ölkələrinin bu istiqamətdə atdığı addımlarla əlaqədar onların etdiklərinə cavab olaraq Rusiya Federasiyasının qərb sərhədlərinin möhkəmləndirilməsinə gəlincə, - bu, ayrıca nəzərdən keçirilməlidir", - deyə Putin cümə günü Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə qeyd edib.
"Sizdən ayrıca hesabat hazırlamağınızı və məruzə etməyini xahiş edirəm. Onun müzakirəsinin nəticələrinə əsasən yaxın vaxtlarda müvafiq qərar qəbul edəcəyik", - deyə dövlət başçısı Şoyquya müraciət edib.
Putin, həmçinin müdafiə naziri Sergey Şoyqunun ələ keçirilmiş Qərb istehsalı olan texnikanı Donbasa köçürmək ideyası ilə razılaşıb.
“Rusiya ordusunun əlinə keçən silahların, xüsusən də Qərb istehsalı olan silahların tədarükünə gəlincə, təbii ki, mən onların Luqansk və Donetsk "Xalq Respublikaları”nın hərbi bölmələrinə verilməsinin mümkünlüyünü dəstəkləyirəm. Zəhmət olmasa, bunu edin. Əgər burada mənim səviyyəmdə hər hansı qərara ehtiyac varsa, mən hazıram”, - Putin Təhlükəsizlik Şurasının iclasında Şoyqunun məruzəsindən sonra deyib.
Rusiya prezidenti hesab edir ki, Donbasa hərbi yardım göstərmək üçün təmannasız olaraq könüllülər cəlb etmək olar. Şoyqunun sözlərinə görə, Yaxın Şərq ölkələrinin sakinləri Rusiyanın xüsusi əməliyyatında könüllü iştirak etmək üçün artıq 16 mindən çox müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.