VİDEO

Rusiya Boing və Airbus-suz keçinə bilərmi?

"Aviasiya texnologiyaları alyansı "Avintel" şirkətinin baş direktoru Viktor Pryadka "Sputnik на русском"a RF aviasənayesinin gələcəıyi ilə bağlı fikirlərini bölüşüb. Videomuzda baxın.
Sputnik
Qərbin sanksiyalarına reaksiya olaraq Rusiya Nəqliyyat Nazirliyi xarici şirkətlərdən lizinq ilə götürülən əcnəbi təyyarələrini RF ərazisində saxlamağı və onların qiymətini rublla ödəməyi təklif edib.
Xatırladaq ki, martın 2-də əcnəbi aviaşirkətlərin böyük hissəsi Rusiya təyyarələrinə xidmət etməkdən imtina edib.
Artıq mövcud olan avialaynerlər necə təmir olunacaq? Rusiyanın Superjet 100 və МС-21 təyyarələrini nə gözləyir? Sovet təcrübəsu Rusiyaya necə fayda verə bilər? Bütün bunlar, həmçinin ümumilikdə Rusiya mülki aviasiyasının gələcəyi barədə "Aviasiya texnologiyaları alyansı "Avintel" şirkətinin baş direktoru Viktor Pryadka "Sputnik на русском"a müsahibəsində danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.