BAKI, 11 mart — Sputnik. Qulluq stajına görə əlavələr alan pensiyaçılara daha çox (70 %) hərbi rütbəli şəxslər daxildir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.
Z.Mirzəyev bildirib ki, bu kateqoriyaya aid olan digər şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının üzvləri, deputatlar və digərləridir.
Fond rəsmisi əlavə edib ki, Qulluq stajına görə əlavələr alan pensiyaçıların sayı hazırda 102 min nəfərdir.
Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək.
Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.