RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kreml Putin və Zelenskinin görüşünü istisna etmir

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Ukraynada müharibənin sonunu prezident Vladimir Putin gətirəcək.
Sputnik
BAKI, 11 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilməsi istisna edilmir".
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Bəli, bu mümkündür. Lakin görüş nəticə üçün olmalıdır. Bundan ötrü isə həm nümayəndə heyətləri, həm də nazirlər öhdəliklərini yerinə yetirməlidirlər. Rusiyanın mövqeləri məlumdur. Bu görüşün keçirilməsi həqiqətən də konseptual olaraq mümkündür. ", - deyə o qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Putinlə Zelenskinin görüşündən danışıb:
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin heç bir tərəddüd etmədən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə bilər. Ona görə də yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentlərinin görüşü mümkündür. Məncə, bu, çox yaxşı əlamətdir. Belə bir görüşün yaxın gələcəkdə baş tutmasının mümkünlüyünü ehtimal etməyə hər cür əsas var. Biz bunun üçün kömək etməyə hazırıq. Bu müharibənin sonunu prezident Putin gətirəcək. Bu məsələ ilə bağlı son sözü deyəcək şəxs Putindir".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.