RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna böhranı Almaniyada ərzaq qıtlığı yaradıb

Bəzi marketlərdə günəbaxan yağı və un çatışmazlığı müşahidə olunur, satış obyektlərində adı çəkilən malların bir müştəriyə satışına məhdudiyyət qoyulur.
Sputnik
BAKI, 10 mart - Sputnik. Ukrayna ətrafında yaranmış vəziyyət Almaniyada bəzi ərzaq dükanlarında müəyyən məhsulların qıtlığına səbəb olub.

Rusiyadan malların idxalına qadağa səbəbindən mağazalarda ərzaq məhsullarının qiymətləri 25-50% artıb.

Bəzi marketlərdə günəbaxan yağı və un çatışmazlığı müşahidə olunur, satış obyektlərində adı çəkilən malların bir müştəriyə satışına məhdudiyyət qoyulur.

Qadağalar fonunda yalnız Rusiya istehsalı ərzaq məhsullarının satışı ilə məşğul olan şəbəkələrin əksəriyyətini bağlanma təhlükəsi gözləyir. (Report)
Rusiya taxıl ixracını dayandırdı
Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar nəticəsində Aİ və NATO üzvü olan dövlətlər ona qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə başlayıb. Sanksiyalara dünyanın digər regionlarından olan ölkələr də qoşulub. Sanksiyalar Rusiya ilə yanaşı onunla ticarət əlaqəsi olan bir sıra ölkələrə də öz təsirini göstərməkdədir.
Rusiya artıq Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl bitkilərinin ixracına müvəqqəti qadağa tətbiq edib.
Qadağa buğda, meslin, çovdar, arpa və qarğıdalını əhatə edəcək və 31 avqust tarixinədək qüvvədə olacaq.
Bundan əlavə, ölkənin İqtisadiyyat Nazirliyi şəkər və xam qamış şəkərinin də avqustun 31-dək ölkədən çıxarılmasına qadağanı dəstəkləyib. Qazaxıstan, Rusiya, Ermənistan, Belarus və Qırğızıstanı birləşdirən Avrasiya İqtisadi Birliyi 2014-cü ilin mayında yaradılıb.
Qeyd edək ki, fevralın 24-də Ukraynada başlayan hərbi əməliyyatlar səbəbindən dünyanın bir sıra aparıcı ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə başlayıblar.
Bu səbəbdən də Rusiyada ərzaq qıtlığının yaranacağı ehtimalı var. Ekspertlər hökumətin taxıl bitkilərinin ixracına müvəqqəti qadağa tətbiq etməsini ərzaq təhlükəsizliyi ilə izah edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.