BAKI, 10 mart — Sputnik. VKontakte şəbəkəsində videokontentə baxış kəskin artıb. Videolara baxış 40%, Kliplərdə şaquli qısa videoların yüklənməsi 2 dəfə yüksəlib. Martın 8-də sosial şəbəkə rekord videoya 1,75 milyard və kliplərə 600 milyon baxış göstəricisinə imza atıb. Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Platformaya fəal surətdə yeni insanlar gəlirlər - son iki həftə ərzində VKontakte-də gündəlik auditoriya 300 000 istifadəçi artıb və şirkət artımın davamını proqnozlaşdırır. Sosial şəbəkədə gündəlik qeydiyyatların sayı təxminən 20% artıb. Bundan əlavə, iki həftə ərzində dostluq qurulmasının sayı 20%, zənglərin sayı isə 12% artıb, bu isə insanların ünsiyyətə təlabatının artdığını göstərir.
VKontakte həm təcrübəli, həm də yeni başlayan müəlliflərə sosial şəbəkədən öz kontentinin populyarlaşdırılması üçün imkan verir. Şirkət mükafat fondu 100 milyon rubl olan ünsiyyətə yönəlik bir sıra fəallıqlara start verib. 8 Mart münasibətilə Kliplərdə məşhur blogerlərlə birlikdə çellenc keçirilir. Qalibləri qiymətli mükafatlar gözləyir - 100 ağıllı Marusya səsgücləndiricisi, həmçinin populyar klip müəllifləri ilə birgə roliklər çəkmək imkanı.
Həmçinin VKontakte şirkətin tarixində ən iri müəlliflərin dəstəklənməsi proqramına start verib. Sosial şəbəkə müəlliflərin pul qazanması alətlərində şəxsi gəlirdən imtina etmək barədə qərar qəbul edib. Bunun sayəsində onlar platformada reklam nümayişindən 100% gəlir alacaqlar və 600 milyon rubladək qazana biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.