NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiyanın qaz ixracından gəlirləri rekorda çatıb

Hesabat dövründə Rusiyadan 29 ölkəyə ixrac olunan qazın həcmi 13,805 mlrd. kubmetr təşkil edib.
Sputnik
BAKI, 10 mart - Sputnik. İlkin məlumata görə, 2022-ci ilin yanvar ayında Rusiya təbii qazın ixracından əldə etdiyi gəlirlər tarixi maksimumu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında deyilir.
Belə ki, 2022-ci ilin yanvarında Rusiyanın təbii qaz ixracından gəlirləri 9,463 mlrd. ABŞ dollarına çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 3,393 mlrd dollar, 2021-ci ilin dekabrında isə 8,337 mlrd. dollar təşkil edib.
Qeyd olunur ki, hesabat dövründə Rusiyadan 29 ölkəyə ixrac olunan qazın həcmi 13,805 mlrd. kubmetr təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.