RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Ukraynadakı biolaboratoriyalarla bağlı sənədləri dərc edəcək

Ukraynadan götürülmüş insan biomateriallarının xarici ölkələrə ötürülməsinə dair sənədləri araşdırıblar.
Sputnik
BAKI, 10 mart — Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi yaxın vaxtlarda ABŞ-ın Ukrayna ərazisindəki gizli hərbi-bioloji fəaliyyətinə dair növbəti sənədləri dərc edəcək və onların ekspertizasının nəticələrini təqdim edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiya Müdafiə Nazirliyi Ukrayna biolaboratoriyalarının əməkdaşları tərəfindən ABŞ-ın Ukrayna ərazisində gizli hərbi bioloji fəaliyyətinə dair təqdim etdiklərin sənədlərin təhlili üzərində işi davam etdirir", - Konaşenkov bildirib.
Onun sözlərinə görə, Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rusiyalı mütəxəssisləri ABŞ nümayəndələrinin göstərişi ilə Ukraynadan götürülmüş insan biomateriallarının xarici ölkələrə ötürülməsinə dair sənədləri araşdırıblar.
"Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan növbəti sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik", - general əlavə edib.
ABŞ üçün işləyən Ukrayna biolaboratoriyaları
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib.
"Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya səfiri ABŞ-ı hərbi biologiya sahəsində bütün işləri dayandırmağa çağırıb