RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya səfiri ABŞ-ı hərbi biologiya sahəsində bütün işləri dayandırmağa çağırıb

Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynada Amerika hərbi-bioloji proqramında iştirak edən bioloji laboratoriyaların istismarına 200 milyon dollardan çox vəsait xərclədiyi barədə təqdimat keçirib.
Sputnik
BAKI, 10 mart — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ administrasiyası nümayəndələrinin guya Moskvanın kimyəvi və bioloji konvensiyaları pozması ilə bağlı Rusiya Federasiyasına qarşı ittihamları əsəbi adlandırıb.
Bu yaxınlarda ABŞ Dövlət Departamenti Vaşinqtonun Ukraynada kimyəvi və ya bioloji laboratoriyalara sahib olmadığını bildirib. Dövlət Departamenti də öz növbəsində Rusiya tərəfini "aktiv hərbi-kimyəvi və hərbi-bioloji proqramlara" malik olmaqda ittiham edib.
"ABŞ hakimiyyətinin bu cür əsəbi ifadələri Ağ Evin ABŞ-ın maliyyələşdirilməsi ilə Rusiya Federasiyasının sərhədləri yaxınlığında hərbi bioloji proqram üzrə aparılan işlərlə bağlı həqiqətin açıqlanmasından ciddi narahatlığından xəbər verir", - deyə Antonov qeyd edib.
Rusiyanın ABŞ-dakı səfiri həmçinin ABŞ-ı postsovet məkanında hərbi bioloji sahəsində qeyri-qanuni işləri dərhal məhdudlaşdırmağa çağırıb və Vaşinqtonun milli kimyəvi silah ehtiyatlarının məhv edilməsini müddətini sürətləndirməyin vaxtı çatdığını xatırladıb.
Ukrayna ərazisində bioloji laboratoriyalar
Professor Gennadi Onişenko hesab edir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Ukraynadakı Amerika bioloji laboratoriyaları üzrə bəyanatı Rusiyaya qarşı bioloji terror hücumlarının başlaması üçün siqnal ola bilər.
"Bioloji silahların yaradılması üzrə işlər hərbi təhdidlərin azaldılması agentliyinin - ABŞ Müdafiə Nazirliyinin tabeliyində olan və ABŞ Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşdirilən qurumun himayəsi altında aparılır. Bu, heç bir sülh məqsədi daşımır. İki növ laboratoriyalar mövcuddur: keçmiş laboratoriyalarımızdan - Səhiyyə Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, SSRİ Elmi Tədqiqat Institutundan mikrobiologiya, virusologiya sahəsində yenidən fəaliyyət göstərmiş və sıfırdan tikilmiş super müasir obyektlər mövcüddür", - deyə həmsöhbət Sputnik-ə bildirib.
"Mən Ukrayna ərazisində 15-ə yaxın belə laboratoriyanın olmasını bilirəm. Bunlar əsasən bizim yenidən təchiz edilmiş keçmiş laboratoriyalarımızdır, bəlkə də yeni tikilənlər də var.
Yenidən təchiz edilmiş işlərdən parlaq nümunə göstərə bilərəm. 1980-ci ildə ölkəmiz Olimpiadaya hazırlaşarkən yeni infeksiyaların yaranmasının qarşısını almaq və o vaxt bizim ölkəyə gələn yeni insanları müayinə etmək üçün Odessa limanında tipik böyük laboratoriya binası tikdik. Bu, dəfələrlə getdiyim 9 mərtəbəli binadır. Postsovet dövründə bu bina hasarlanıb və yenidən təchiz olunub, hətta Ukraynanın baş nazirinə belə orada nələrin olduğu barədə məlumat verilməyib", - deyə Onişenko izah edir.
Həmsöhbət hesab edir ki, Ukrayna ərazisində tədqiq edilən viruslar, mikroorqanizmlər çox güman ki, modifikasiya edilib, onların virulentliyi və patogenliyi gücləndirilib. Əgər ölkəmizin ərazisində qəfil belə bir infeksiya yaranarsa, bu, "orijinaldan" daha təhlükəli olacaq, onu müalicə etmək mümkün olmayacaq, daha intensiv yayılacaq.
O, əmindir ki, Ukraynada yaradılmış potensial həqiqi təhlükə yaradır - amerikalı mikrobioloqlar Rusiyaya qarşı hibrid hücum kimi tətbiq edilə biləcək reseptura hazırlayıblar.
Bu, "bir anda informasiya-terror hücumu ilə müşayiət olunacaq, qorxutmaq, nüfuzdan salmaq, qeyri-real, ancaq dünya əhalisinin psixikasına təsir edən sabitliyi pozan vəziyyətlər yaratmaq üçün artıq iki ildir müşahidə etdiyimiz bioloji terror aktı ola bilər".
"Onların bütövlüyünün (Ukraynadakı laboratoriyalar - red.) eyni amerikalılar tərəfindən pozulacağını Allah göstərməsin, onlar bunu edə bilərlər. Artıq bu hücumu hazırlayırlar. Nuland ABŞ Müdafiə Nazirliyinin hansısa baş serjantının ona yazdığı başqasının mətnini oxuyub. O, bu barədə də danışıb. Bu, Ukrayna əhalisi və bizim üçün real təhlükədir. Bu bizə qarşı tətbiq olunmadır. Nəinki sərhədyanı bölgələrdə - bioloji terror aktı hər yerdə gizli şəkildə həyata keçirilə bilər və o dərhal özünü göstərməyə başlamayacaq", - deyə Onişenko hesab edir.
"Ukrayna hakimiyyəti öz ölkəsinin ərazisində ABŞ hərbi-bioloji bazalarının yaradılmasına icazə verməklə faktiki olaraq öz xalqına qarşı cinayət törədib. Buna görə onlar öz xalqı qarşısında cavab verməlidirlər. Ona görə də bu gün biz diqqətimizi Ukraynadakı bütün laboratoriyaları öz nəzarəti altına alınmasına yönəltməliyik, qalan hər şeyi isə mütəxəssislərimiz edəcək", - deyə Gennadi Onişenko əminliklə vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Qapıdakı təhlükə: ABŞ Ukraynada onlarla biolaboratoriya yaradıb