RUSİYA

Rusiya Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl ixracına müvəqqəti qadağa qoydu

Rusiyanın İqtisadiyyat Nazirliyi avqustun 31-dək şəkər və xam qamış şəkərinin də ölkədən çıxarılmasına qadağanı dəstəkləyib.
Sputnik
BAKI, 10 mart- Sputnik. Rusiya Avrasiya İqtisadi Birliyi ölkələrinə taxıl bitkilərinin ixracına müvəqqəti qadağa tətbiq edib.

Qadağa buğda, meslin, çovdar, arpa və qarğıdalını əhatə edəcək və 31 avqust tarixinədək qüvvədə olacaq.

Bundan əlavə, ölkənin İqtisadiyyat Nazirliyi şəkər və xam qamış şəkərinin də avqustun 31-dək ölkədən çıxarılmasına qadağanı dəstəkləyib.

Qazaxıstan, Rusiya, Ermənistan, Belarus və Qırğızıstanı birləşdirən Avrasiya İqtisadi Birliyi 2014-cü ilin mayında yaradılıb.
Qeyd edək ki, fevralın 24-də Ukraynada başlayan hərbi əməliyyatlar səbəbindən dünyanın bir sıra aparıcı ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə başlayıblar.
Bu səbəbdən də Rusiyada ərzaq qıtlığının yaranacağı ehtimalı var. Ekspertlər hökumətin taxıl bitkilərinin ixracına müvəqqəti qadağa tətbiq etməsini ərzaq təhlükəsizliyi ilə izah edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.