BAKI, 10 mart — Sputnik. Moskva NATO və Aİ ölkələri tərəfindən Avropa Şurasının Qərb müştəbehliyi platformasına çevrilməsində iştirak etməyəcək: bir-birinizdən həzz alın, amma Rusiyasız. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Rusiyaya qarşı dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropa məkanında ümumi humanitar-hüquqi məhv etmək yolunu davam etdirirlər. Hadisələrin gedişi dönməz xarakter alır. Rusiya ABŞ-ın tapdaladığı beynəlxalq hüququn yerinə "qaydalara əsaslanan nizam"ın tətbiqi istiqamətində kollektiv Qərbin və onun peyklərinin həyata keçirdiyi təxribatçı hərəkətlərə dözmək niyyətində deyil. Rusiya NATO və Aİ-nin Avropanın ən qədim təşkilatını Qərbin üstünlüyü və müştəbehliyi ilə bağlı şirnikləndirmələr üçün başqa platformaya çevirməsində iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar", - deyə XİN-in bəyanatında qeyd olunub.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.