BAKI, 10 mart - Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada çağırışçılarla bağlı yayılan məlumatları şərh edərək qeyd edib ki, əsas odur ki, bu faktlar müəyyən edilib, vəziyyət düzəlib. Bu barərə RİA Novosti xəbər yayıb.
“Dünən biz artıq bildirdik ki, müvafiq materiallar hərbi prokurorluğa verilib, orada yoxlama aparılıb, hüquqi qiymət veriləcək. Bu, dünən olub, ona görə də bu gün hansısa nəticə gözləmək düzgün deyil. Gəlin gözləyək və görək hansı məlumat gələcək. Əsas odur ki, bu faktlar aşkarlanıb və bununla bağlı vəziyyət düzəlib”, – Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov çərşənbə günü bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən hissələrində çağırışçıların olması ilə bağlı bir neçə fakt aşkarlanıb.
Daha sonra dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə çağırışçıların Ukrayna ərazisində tapşırıqların yerinə yetirilməsinə cəlb olunmasının qəti şəkildə istisna edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası barədə məlumat verilib, onun adından materiallar hazırlanıb.
"Bu göstərişə əməl edilməməsinə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və cəzalandırılması üçün Baş Hərbi Prokurorluğa göndərilib".
Daha sonra Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin mütəmadi olaraq KİV-dən xəbərlər alır, onlar Ukraynada xüsusi əməliyyat başlayandan bəri heç bir dəyişikliyə məruz qalmayıb.
“Prezident mütəmadi olaraq bütün media bülletenlərini alır”, – deyə Peskov jurnalistlərə Putinin Ukraynada baş verənlərlə bağlı xəbərləri alıb-almaması sualına cavab verib.
Onun sözlərinə görə, RF Prezidenti bəzi müxbirləri hətta adbaad tanıyır.
“Daycestlər heç bir dəyişikliyə məruz qalmayıb, necə çatdırılırdısa, elə də çatdırılır", - Peskov bildirib.
Onun sözlərinə görə, prezidentin mətbuat katibinin xüsusi əməliyyat rejimində işi “həmişə olduğu kimi” qurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.