BAKI, 10 mart — Sputnik. Rusiya rus dili və mədəniyyətinin qadağa olunmadığı dost Ukrayna görmək istəyir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib.
O bildirib ki, Rusiya Ukraynanın neytral olmasını, onun təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazır olmasını istəyir:
"Rusiya NATO-nun alyansın genişləndirilməsi məsələlərində Moskvanın maraqlarını nəzərə almaqdan imtinasını qəbuledilməz hesab edir. Rusiya Qərblə yaşanan böhrandan sağlam şəkildə çıxacaq. Rusiyanın Qərb ilə əməkdaşlığında hər hansı illuziyalara hesablanmayacaq".
Xatırladaq ki, bu gün Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna XİN rəhbərləri arasında 1, 5 saat davam edən görüş keçirilib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.