BAKI, 10 mart — Sputnik. Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna XİN rəhbərləri arasında 1,5 saat davam edən görüş başa çatıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Ukrayna XİN rəhbəri görüşün ardından jurnalistlərə açıqlamasında bildirib ki, Lavrovla danışıqlar çox çətin keçib:
"Biz mövcud vəziyyətin həlli üçün çıxış yolu tapmağa çalışdıq. Danışıqlarda humanitar dəhlizlərin açılması və təşkəsin elan olunması ilə bağlı müzakirələr aparıldı".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı əməliyyatların plana uyğun getdiyini bildirib.
Lavrov Qrəb ölkələrindən Ukraynaya silah tədarükünün təhlükəli oldunu qeyd edib:
"Ukraynaya minlərlə daşına bilən raket sistemləri göndərilir. Bunlar terrorçuların əlinə düşə bilər".
"Belarusda Ukrayna ilə aparılan danışıqların alternativi yoxdur. Bizim Ukrayna XİN rəhbəri ilə görüşümüz Belarusdakı əsas danışıqları önəmini azaltmayacaq. Rusiya Belarusda Ukrayna ilə keçirilən danışıqlara ciddi yanaşır. Moskva Ukrayna böhranı problemi ilə bağlı istənilən təmasların və ondan çıxış yollarının hazırlanmasının tərəfdarıdır", - deyə Lavrov vurğulayıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.