RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Avropa və Çinə anti-Rusiya sanksiyaları lazımdırmı?

Aİ şirkətləri və maliyyə institutları Rusiya bazarının mənimsənilməsinə onilliklər sərf ediblər. Münasibətin pozulması çox böyük itkilər deməkdir.
Sputnik
BAKI, 10 mart — Sputnik, Dmitri Yermakov. Yeni gün, yeni sanksiyalar: Rusiya görünməmiş təzyiq altındadır. Vaşinqton daha da sərt tədbirlərə çağırır. Ancaq Avropada qaykaları sona qədər bərkitməyə hazır deyillər, çünki bu, Aİ iqtisadiyyatına zərbə vura bilər. Çin ortaq kolonnada, prinsipcə, Türkiyə kimi yürüş etmək fikrində deyil. Ancaq hələ də Pekin Qərbin əks tədbirlərindən qorxur və Rusiya ilə çox ehtiyatlı davranır.
Bir az qalıb
Artıq 5,5 min sanksiya tətbiq edilib – bu, İran, Suriya və Şimali Koreyaya qarşı sanksiyadan çoxdur. Yarısı – "DXR" və "LXR" tanındıqdan sonra olub. Ən fəalı isə neytral görünən İsveçrədir.
Vaşinqton hətta NATO-da olmayanlardan belə vahid cəbhə kimi çıxış etməyi tələb edir. Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland martın 8-də bildirib: "Biz təkcə prezident, dövlət katibi və Dövlət Departamenti səviyyəsində deyil, danışdığımız hər bir ölkəyə, o cümlədən, bu günə qədər sanksiyalardan çəkinmiş dövlətlərə belə təzyiq göstəririk".
Ancaq Avropa da hələ ki, tədbirləri gücləndirməyə çalışmır. Aİ şirkətləri və maliyyə institutları Rusiya bazarının mənimsənilməsinə onilliklər sərf ediblər. Münasibətin pozulması çox böyük itkilər deməkdir.
ABŞ, Aİ, Kanada və Yaponiyadakı bir çox korporasiyalar qeyd edirlər: biz getmirik, sadəcə fəaliyyətimizi dayandırırıq. Belə ki, "IKEA" və "McDonalds" on minlərlə olan işçilərini ödənişli məzuniyyətlərə göndərirlər.
Bəziləri hətta siyasi demarşlardan da çəkindilər - məsələn, Yaponiyanın geyim istehsalçısı olan "Uniqlo" kimi. Prezident Tadasi Yanay bildirib: "Bizim malımız həyati zərurətdir. Rusiya xalqı da bizim kimi yaşamaq hüququna malik". Ancaq bu, ümumi qayda üçün nadir bir istisnadır.
"Avropanı çətinliklər gözləyir"
Xammal bahalaşır və Vaşinqtonun tərəfdaşları ifratdan qaçmağa çalışırlar. Ağ Ev və Brüssel rəsmiləri Rusiyadan olan karbohidrogenlərdən tamamilə imtina etməyə çağırırlar, ancaq Aİ buna tələsmir.
"Fransa Rusiya qazından o qədər də asılı deyil. Ancaq Moskva tədarükü dayandırsa, Avropa gələn qışda böyük çətinliklərlə üzləşəcək", - deyə Fransa prezidenti Emmanuel Makron qeyd edib. Almaniya kansleri Olaf Şolts enerji resurslarının sanksiyalardan kənarda olduğunu vurğulayıb.
Hollandiyanın baş naziri Mark Rütte xəbərdarlıq edir: "Avropada, onun hüdudlarından kənarda və Ukraynada idarəolunmaz riskləri təhrik etmək lazım deyil. Rusiya enerjisi ilə işləməyə davam etməliyik".
"Neft idxalımızın üçdə biri Rusiyadan gəlir. Əgər biz bunu dərhal dayandırsaq, sabah bütün nəqliyyat dayanacaq", - deyə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Əvvəllər də Brüsselin ümumi xəttindən kənara çıxan Macarıstan da embarqoya hazır deyildir. "Enerji sektoruna qarşı sanksiyaların genişləndirilməsi forint və macar xalqı üçün ən böyük təhlükədir. Kim bunu tələb edirsə, bu müharibənin əvəzinə bizim ödəməyimiz üçün məcbur etmək istəyir. Macarıstan hökuməti heç bir beynəlxalq forumda belə bir addımı dəstəkləməyəcək", - deyə maliyyə naziri Mixay Varqa əminliklə qeyd edib.
Serbiya Aİ-yə namizəddir. Ancaq prezident Aleksandar Vuçiç anti-Rusiya sanksiyalarına qoşulmadı, baxmayaraq ki, onun etiraf etdiyi kimi - Qərb "görünməmiş təzyiq" göstərir.
Avropa Parlamentinin deputatı Terri Mariani qeyd edib ki, Avropa qərarlar qəbul edərkən həddən artıq emosionaldır, sanksiyalar isə dişləyənin necə dişlənməsinə dair hekayədir. "Rusiya çətin anlar yaşayacaq, ancaq bəzi sahələrdə bərpa olunacaq və hətta güclənəcək. Əgər biz daha da irəliləyib qaz və neft tədarükünü dayandırsaq, fəlakətə düçar olacağıq", - deyə deputat xəbərdarlıq edərək xatırladıb ki, xammallar dollarla qiymətləndirilir, avro isə ABŞ valyutası qarşısında zəifləyib.
Yeri gəlmişkən, "Brent" markalı neftin martın 9-da qiymətləndirilməsi bir gün ərzində demək olar ki, 15 bənd artaraq bir barrel üçün 125,18 dollara çatıb.
Dəhşətli təsir
Türkiyə heç bir sanksiya planlaşdırmır. Üstəlik, Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişədə sülhməramlı kimi çıxış etmək istəyir. "Milliyət" nəşri xəbər verir ki, o, özünü martın 10-da Antalya Forumunda keçiriləcək Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşünün təşəbbüskarı adlandırıb.
Türklər kəskin bahalaşan günəbaxan yağını alırlar: burada əsas tədarükçülər Rusiya və Ukrayna idi.
"Rusiya neftini dünya bazarında əvəz etmək çox çətindir", - deyə enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar vurğulayıb. Onun fikrincə, Qərbin sanksiyaları hamıya "dəhşətli təsir göstərəcək".
Ancaq Rusiya ilə Avropa arasında səmanın qarşılıqlı bağlanmasından Ankara artıq qazanıb. Əsas aviasiya mərkəzi İstanbul, uçuş məhdudiyyətlərindən əsas faydalananlardan biri isə Turkish Airlines oldu.
Rusiyanın dostları
Çində Rusiyaya qarşı sanksiyalar qınanılıb. BMT-nin daimi nümayəndəsi Çjan Tszyun Qərbin siyasətindən narahatlığını bildirib: "Bu, fəlakətli humanitar nəticələrinə səbəb olub və digər ölkələrə də ziyan vurur".
Xarici işlər naziri Van İnin sözlərinə görə, Moskva ilə münasibətlər "ən mühüm ikitərəfli əlaqələr sırasındadır". Digər tərəfdən, Pekin təzyiqdən ehtiyat edir. ABŞ-ın ticarət naziri Cina Raymondo artıq bununla hədələyib.
Rusiyanın xarici ticarət dövriyyəsinin təxminən 20 faizi Çinin payına düşür. Üstəlik, ilk xoşagəlməz siqnallar artıq mövcuddur. Belə ki, avtomobillərin icarəsi nəhəngi olan DiDi Chuxing sonradan bu qərarını ləğv etsə də, ölkəni tərk etdiyini elan edib. Bloomberg qeyd edir ki, Rusiyanın xammal ixracatçıları ilə əməliyyatları ört-basdır etmək üçün kreditlər Bank of China və İndustrial & Commercial Bank of China (ICBC) ofşor bölmələrinə verilməsi dayandırıb.
Pekin ABŞ-ın məhdudiyyətlərindən yan keçməkdə artıq mənfi təcrübəyə malikdir. Vaşinqton İranla əməkdaşlığa görə Huawei Technologies Co və ZTE-yə qarşı sanksiyalar tətbiq edib. Huawei maliyyə direktoru Meng Vançjou isə hətta Vankuverdə ev dustaqlığı ilə həbs edilib.
"Çin Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq sistemə qarşı ədacətçiliyini bölüşür. ancaq Qərbin sanksiyaları şəraitində Pekinin maliyyə yardımı minimal olacaq", - deyə "Gavekal Dragonomics" analitik firmasından Yanmey Se və Dan Van "South China Morning Post" qəzetinə bildiriblər.
Siyasi strateq Konstantin Kalaçev izah edir ki, Çin üçün əsas satış bazarı ABŞ və Avropadır. "Pekin risk etməyəcək, orada pul hesablayacaqlar. Si Tszinpin bildirib ki, o, xarici bazarlara deyil, daxili istehlaka etibar etmək istəyir. Ancaq hələlik bu, tamamilə mümkün deyil, ona görə də Çin çox ehtiyatlı hərəkət edir", - deyə ekspert qeyd edib. Pekin Rusiyanı xilas etməyə can atmayacaq.
Eyni zamanda Ərdoğanın Qafqaz və Qara dənizində müəyyən üstünlüklərə, ən azı təsir dairəsinin gücləndirilməsinə ehtiyacı var. "Əslində Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb", - deyən Kalaçev xatırladır. - Ankara rusiyalı turistlərin, daşınmaz əmlak alıcılarının, o cümlədən neft və qazın puluna ehtiyac duyur. Orada isə amerikalılar çox da bəyənilmir: Ərdoğan hesab edir ki, 2016-cı ildə dövlət çevrilişinin arxasında məhz Vaşinqton dayanır".
"Avropa və ABŞ şirkətlərinin fəaliyyətinin dayandırılması və ya ölkəni tərk etməsi ilə bağlı bəyanatları sadəcə olaraq ABŞ və Aİ-nin kursuna sədaqət nümayiş etdirən jestlərdir. Əslində heç kim gəlirlərini itirmək niyyətində deyil", - deyə iqtisadçı Leonid Xazanov vurğulayıb.
O, rəqəmlər verir: məsələn, "McDonalds"ın 2020-ci ildəki gəliri 19,2 milyard dollardır ki, onun da demək olar ki, bir yarımı Rusiyadadır. Digər korporasiyalar kimi "McDonalds" da bu cür pulla ayrılmayacaq.
https://ria.ru/20220310/sanktsii-1777357283.html
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.