BAKI, 10 mart — Sputnik. Bu il Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Son onilliklər ərzində ən böyük dinamika əldə edilmiş istiqamətlər arasında iqtisadi sahədə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır.
Hətta koronavirus pandemiyası belə ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dinamikasına az təsir göstərib. Eyni zamanda, bu il Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar şəraitində mütəxəssislər ikitərəfli ticarətin xarakteri və həcmində ciddi düzəlişlərin olacağını proqnozlaşdırırlar.
2022-ci ildə Azərbaycan-Rusiya ticarətinin necə inkişaf edə biləcəyi və sanksiyaların təsirini azaltmaq üçün hansı tənzimləmə mexanizmlərinin tətbiq edilə biləcəyi barədə martın 14-də saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında tanınmış azərbaycanlı iqtisadçı alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli məlumat verəcək.
Tədbir iştirakçısına suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt. 4.