CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni Afət Telmanqızı məhkəməyə verilib

Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Sputnik
BAKI, 9 mart - Sputnik. Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.
Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir. APA-nın xəbərinə görə, şikayəti hakim Mahirə Kərimova araşdıracaq.
Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Müğənni ötən həftə məhkəmədə ifadə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.