İQTİSADİYYAT

Bal, mum, vərəmum, arı südü - QİYMƏTLƏR

2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Bal istehsalı Sputnik Azərbaycan-ın materialında
Sputnik
BAKI, 9 mart — Sputnik. Ötən il Azərbaycanda 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.
Qiymətlər
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun - 13,2 manat, vərəmumun - 92,3 manat, güləmin - 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.
"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib.
Bal arıları
Bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib.
Belə ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb.
Ümumiyyətlə, "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Toyuq, mal və qoyun əti, balıq, yumurta, süd üçün yeni dövlət rüsumları müəyyənləşir