BAKI, 9 mart — Sputnik. Ukraynada yeraltı dayanacağa sığınan 9 azərbaycanlı tələbə Azərbaycana yola düşüb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kiyev Beynəlxalq Universitetinin stomatologiya fakültəsinin ikinci kurs tələbəsi Nuray Həsənzadə məlumat verib.
N. Həsənzadə bildirib ki, onlar bileti özləri alıblar:
"Bizə təxliyə olunacağımızı desələr də günlərlə gözləməli olduq. Sonra Moldovadan avtobusla Ruminiyaya, oradan Türkiyəyə gəldik.Türkiyədən Azərbaycana gəlmək üçün təyarə biletini də özümüz aldıq. Mən dünən Vətənə çatdım. Digər tələbələr də Türkiyədən Azərbaycana bu gün yola düşəcəklər".
Qeyd edək ki, Kiyevdə təhsil alan 9 azərbaycanlı tələbə Ukraynada hərbi əməliyyatlardan sonra yeraltı avtomobil dayanacağına sığınmışdı. Günlərlə orada qaldıqdan sonra Ukraynadakı Azərbaycan Konsulluğu onların silahlı əsgərlərin müşayəti ilə Taras Şevçenko adına universitetin yataqxanasına köçürmüşdü.
Oradan tələbələr əvvəlcə Moldovadakı modul xəstəxanaya, daha sonrda kilsələrdən birinə yerləşdirilib. Onlar dünən Moldovadan Azərbaycana təxliyə ediliblər.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.