BAKI, 9 mart — Sputnik. "Zəhər tuluğu" filmi Dövlət Reyestrində qeydə alınaraq yayım vəsiqəsilə təmin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.
Həmçinin, hesabat dövründə özəl kino şirkətləri tərəfindən istehsal edilmiş "Fəridə", "Qapı", "Bir rəssamın portreti-Mir Nadir", "Səpələnmiş ölümlər arasında", "Beş betər" və "Nazik Mətləb" kimi bədii və sənədli filmlər də Dövlət Reyestrində qeydə alınaraq yayım vəsiqəsilə təmin olunub.
Məlumat üçün bildirək ki, Reyestr İnformasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. 2015-ci ildən Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə cərimə müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.