BAKI, 8 mart - Sputnik. Fransa Qvianasındakı Kuru kosmodromunda Rusiyanın 3 raket və 3 gücləndiricisi qalıb. RİA Novosti-nin xəbərinə görə, bunu “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin deyib.
Onun sözlərinə görə, həmin raketlərdən rusiyalı mütəxəssislər olmadan istifadə etmək mümkün deyil.
“Kurudan heç bir raket buraxılışı ola bilməz. Üç raketimiz və üç sürətləndirici orada qalıb. Biz onları qonservasiya etmişik. Onlardan istifadə edilə bilməz, çünki bunun üçün texniki mütəxəssislərimiz lazımdır”, - deyə Roqozin Rusiyanın Birinci Kanalına müsahibəsində deyib.
Eyni zamanda, dövlət korporasiyası rəhbəri aydınlaşdırıb ki, həmin raketlərin pulu alınıb və fors-major vəziyyətə görə geri qaytarıla bilmir.
“Bu, bizim üçün yaxşı müqavilə idi. Biz onu praktiki olaraq yerinə yetirdik. Lakin bu müqavilədə qeyd olunan fors-major - ölkəmizə qarşı açılan müharibədir”, - deyə o bildirib.
Fevralın 26-da Roqozin Aİ-nin sanksiyalarına cavab olaraq, Kuru kosmodromundan raket buraxılışlarının, avropalı tərəfdaşlarla əməkdaşlığın dayandırılacağını və bütün rusiyalı personalın Fransa Qvianasından çıxarılacağını açıqlayıb.
Rusiyalı mütəxəssislər martın 3-də Qviana Kosmik Mərkəzini tərk ediblər.
Kosmodromdan raket buraxılışı
© AFP 2024 / STR
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Tərəflər arasında münaqişənin dayandırılmasına dair 3 raund danışıqlar arxada qalsa da ciddi irəliləyişlər əldə olunmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.