RUSİYA

"Qazprom" Yamal-Avropa qaz kəmərində əlavə pay alıb

Çərşənbə axşamı gün ərzində keçirilən hərracda “Qazprom” daha 1,35 milyon kubmetr/saat tranzit gücü alıb.
Sputnik
BAKI, 8 mart - Sputnik. Rusiyanın "Qazprom" şirkəti "GSA Platform"da keçirilən hərracın nəticələrinə görə, martın 8-də cari qaz gününün sonuna qədər Yamal-Avropa qaz kəmərinin Polşa ərazisindən qaz tranziti üçün tutumunun bir hissəsini yenidən əlavə olaraq sifariş edib.
Şirkət əvvəllər martın 8-də, yəni Moskva vaxtı ilə saat 8.00-dan Moskva vaxtı ilə martın 9-da səhər saat 8.00-a qədər bütün qaz günü üçün xəttin tutumunun bir hissəsini sifariş edib.
Eyni zamanda, çərşənbə axşamı gün ərzində keçirilən hərracda “Qazprom” daha 1,35 milyon kubmetr/saat tranzit gücü alıb ki, o, Moskva vaxtı ilə 22.00-dan martın 9-da Moskva vaxtı ilə səhər saat 08.00-a kimi istifadə edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHLİL
“Absurd” – ekspert Avropanın Rusiya qazından asılılığının azaldılması ideyaları barədə