RUSİYA

Putin hökumətə əlavə səlahiyyətlər verdi

Cari ildə hökumət biznes subyektlərinə lisenziyanı yeniləmədən fəaliyyəti davam etdirməyə, habelə lisenziyalar almadan və onların müddətini uzatmadan icazə verə biləcək.
Sputnik
BAKI, 8 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin vətəndaşların, kiçik və orta biznesin (KOB) yeni kredit tətilləri, o cümlədən ipoteka kreditləri almaq hüququ haqqında qanun imzalayıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Məlumatda qeyd olunur ki, RF hökuməti tərəfindən təqdim edilən qanun cari ilin 1 martına qədər kredit müqaviləsi bağlamış bu kateqoriyalı borcalanlara belə bir hüquq verir. Borcalanlar martın 1-dən sentyabrın 30-dək olan müddətdə kreditora məzuniyyət tələbi ilə müraciət edə bilərlər.
"Nazirlər Kabineti isə bu güzəşt müddətini uzatmaq hüququna malik olacaq. Üstəlik, hətta "covid" dövründə belə bir hüquqdan istifadə etmiş borcalanlar da kredit tətili üçün müraciət edə biləcəklər, - deyə Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədri Maksim Topilin sənədi izah edib.
Максим Топилин
Qeyd edək ki, Vladimir Putin vətəndaşların və biznesin dəstəklənməsi üçün bir sıra sosial-iqtisadi tədbirləri özündə əks etdirən qanuna da imza atıb. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Rusiya hökuməti tərəfindən hazırlanmış qanun 2022-ci ildə kiçik və orta sahibkarlıq subyektlərində planlı yoxlamalara, eləcə də 2024-cü ilin sonuna qədər informasiya texnologiyaları sahəsində akkreditə olunmuş təşkilatlarda planlı yoxlamalara moratoriumun tətbiqinə icazə verir.
Eyni zamanda, adıçəkilən sənədə uqğun olaraq, Rusiya hökumətinin səlahiyyətləri də genişlənir: cari ildə hökumət biznes subyektlərinə lisenziyanı (icazəni) yeniləmədən fəaliyyəti davam etdirməyə, habelə lisenziyalar almadan və onların müddətini uzatmadan icazə verə biləcək.
Bundan başqa, Nazirlər Kabineti müddətsiz lisenziyaların (icazələrin) uyğunluğunun qiymətləndirilməsi prosedurundan və ixtisas imtahanından keçməməyə, habelə ixtisas sertifikatlarının qüvvədə olma müddətinin uzadılmasına icazə verə biləcək.
Rusiya prezidentinin imzaladığı daha bir qanun isə Rusiya hökumətinə pensiya əlavələrini təcili artırmaq və onun indeksləşdirilməsi ilə bağlı qərar qəbul etmək hüququ verən sənəddir. Qanun Nazirlər Kabinetinə pensiyalar üçün sosial əlavə ödənişin məbləğinin “Dövlət sosial yardımı haqqında” qanunla müəyyən edilmiş məbləğdən artıq müəyyən edilməsi barədə qərar qəbul etmək hüququ verir.
Bundan sonra hökumət həmçinin sosial pensiyaların əlavə indeksləşdirilməsi, bir pensiya əmsalının dəyərinin artırılması, sığorta pensiyasına sabit ödənişin məbləğinin indeksləşdirilməsi barədə qərarlar qəbul edə biləcək.
Eyni zamanda, cari il üçün Nazirlər Kabinetinin səlahiyyətləri genişləndirilir. Xüsusilə, o, minimum əmək haqqının hesablanması və müəyyən edilməsi xüsusiyyətlərini, habelə adambaşına düşən bütün Rusiya Federasiyasında və əsas sosial-demoqrafik qruplar üçün yaşayış minimumunu, o cümlədən əmək haqqının ölçüsünü müəyyən edə biləcək.
Qeyd edək ki, bütün bu sənədlər hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Şoyqu türkiyəli həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib