RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

MN: Ukraynada 2500-ə yaxın hərbi obyekt məhv edilib - Rusiya MN

Ukrayna silahlı qüvvələrinin 866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəş sistemi, 317 səhra artilleriya və minaatan, 634 xüsusi təyinatlı hərbi texnika, eləcə də 81 pilotsuz uçuş aparatı da məhv olunub.
Sputnik
BAKI, 8 mart - Sputnik. RF Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 2500-ə yaxın hərbi obyekti məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2396 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna silahlı qüvvələrinin 87 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 124 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 79 radiolokasiya stansiyası var" - Rusiya MN nümayəndəsi deyib.
Konaşenkov həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin 866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəş sistemi, 317 səhra artilleriya və minaatan, 634 xüsusi təyinatlı hərbi texnika, eləcə də 81 pilotsuz uçuş aparatı da məhv olunub.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.