FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bu gün Yel çərşənbəsidir

Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar.
Sputnik
BAKI, 8 mart - Sputnik. Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Yel çərşənbəsi xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə" kimi tanınır və ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel insanların düşüncəsində həm də hava mənasını kəsb edir və nəfəs alma, həyat, təbiətin anadan olması anlamlarına da gəlir.
1 / 12

Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir.

2 / 12

Məhz bu çərşənbə günü evlərdə təmizlik işlərinə başlanılır.

3 / 12

Xanımlar evlərdəki yorğan-döşəyi havaya atır və onların təzə gələn bahar nəfəsi ilə yenilənməsini, çıxan günəşin təsiri ilə daha da təmizlənməsini istəyirlər.

4 / 12

Həmçinin, evlərdə hər tərəf təmizlənir, xalça-palazlar çırpılır, qab-qacaqlar, şüşələr, pəncərələr silinir.

5 / 12

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır.

6 / 12

Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar.

7 / 12

Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

8 / 12

Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar.

9 / 12

İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

10 / 12

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.

11 / 12

Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

12 / 12

Qeyd edək ki, martın 15-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.